İspaniya Futbol Federasiyasının rəhbərliyi millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.
De la Fuentenin müddəti 2028-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkdiyi bildirilib.
Sözügedən mütəxəssis 2022-ci ildən indiki postundadır. O, yığmada hazırda PSJ-ni çalışdıran Luis Enrikenin yerini tutub. "Buğalar" de la Fuentenin rəhbərliyi altında AÇ-2024-ün qalibi olublar.
Nihat