RU

Gündə bir fincan alaqanqal içkisi– Qaraciyəri təmizləyir



Alaqanqal içkisi qaraciyərin detoksifikasiyasını effektiv şəkildə aparır.


“Medicina” xəbər verir ki, ingilis həkim Temple, bir həftə ərzində hər gün alaqanqal içkisi içməyi məsləhət görüb.


Onun dediyinə görə, bu bitki zərif detoksikasiya təsiri ilə qaraciyərin sağlamlığını yaxşılaşdıra bilər.

“Bir həftə ərzində hər gün bu içkidən bir stəkan içmək sizə enerji verə bilər və qaraciyərin fəaliyyətini yaxşılaşdırmaqla orqanizminizdəki toksinlərin miqdarını azalda bilər.

Alaqanqal bitkisi və toxumu xalq təbabəti və tibbdə qaraciyərin qoruyucusu kimi tanınır - alkoqolizm, piylənmə və hepatit kimi xəstəliklər səbəbindən qaraciyəri zədələnmiş insanlar üçün tövsiyə olunur.Qaraciyərdə zəhərli maddələrin metabolizə edilməsi zamanı əmələ gələn sərbəst radikalların digər orqanlara da neqativ təsiri məlumdur.

2021-ci ildə edilən bir araşdırma, alaqanqalın alkoqolsuz yağlı qaraciyər xəstəliyi olan insanların vəziyyətini yaxşılaşdırdığını göstərdi. Bu vasitənin iltihabı azaltmağa qadir olduğu güman edilir”.

Cennifer Templ şəxsən özü alaqanqal toxumlarını üyüdərək içkisini belə hazırlayır. Bir stəkan qaynar suya bir çay qaşığı üyüdülmüş toxum əlavə edilir və daha 10 dəqiqə dəmlənir.


Həkim qeyd edib ki, içkinin təsiri altında qaraciyərin daha aktiv detoksifikasiyası sayəsində dərinin vəziyyəti yaxşılaşır ki, bu da vizual olaraq nəzərə çarpır.


Aygün Musayeva


Избранный
22
4
medicina.az

5Источники