Avropa İttifaqı Şurasının Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir.
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti üçün ən vacib olan odur ki, ölkədə sülhə təhlükə yoxdur və diplomatik pasportlarla Avropaya səfərlər sadəcə texniki məsələdir.