RU

“O qadını öldürə bilərlər” – Zirəddin dindarları təhqir edən xanıma xəbərdarlıq etdi

Yutub kanalında özünü psixoloq kimi təqdim edən Şəfiqə Qədirli adlı qadının dindarlara və Məhəmməd peyğəmbərə (s) qarşı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. O deyib ki, dindarların cəzasını Allah bu dünyada verib.

Sitat: “Öncə onların dərk etməsini bloklayıb, düşünmə qabiliyyətlərini çox sadələşdirib. Dindarların çox güclü ölüm qorxusu var və günahkar olduqlarının fərqindədirlər, daim hər şey günah kimi gəlir. Dindarlar nə rahat geyinə, nə rahat yeyib-içə, nə rahat sevişə bilirlər. Bu, bir ərəbin, savadsiz ərəbin uydurduğu fantaziyadır”.

Məsələ ilə bağlı Globalinfo.az Rusiyada yaşayan kliniki psixoloq, ekstrasens Zirəddin Rzayevə müraciət edib.

Kliniki psixoloqun fikrincə, xanımın səsləndirdiyi fikirlər onun həyatı üçün çox təhlükəlidir:

“Mən inana bilmirəm ki, bunu ali psixoloji təhsili olan kimsə ictimai formada səsləndirsin. Bu, çox təhlükəli bir iddiadır. O xanımı tanımıram, ancaq onun səsləndirdiyi fikirlər ona qarşı çox ciddi problemlər yarada bilər.

Bu xanımın söylədiklərinə inana bilmirəm. Onun ictimai şəkildə dindar və islam peyğəmbəri haqda dediklərini eşidib, şoka düşdüm. Heç bir psixoloq belə sözlərlə nəinki müsəlmanları, heç ateistləri də qıcıqlandırmamalıdır. Hər bir toplumun, hər bir qruplaşmanın öz inancları, motivləri və ideyaları var. Bizim borcumuz hər bir kəsin dini, milli dəyərlərinə, düşüncələrinə hörmətlə, anlayışla yanaşmaqdır”.

Zirəddin Rzayevin fikrincə, həmin xanım cangüdənlə gəzməlidir:

“Çox təəssüf ki, bəzən cangüdənlər də xilas etmirlər. Lars Vilks adlı rəssam peyğəmbərin karikaturasını çəkdiyi üçün ona dövlət tərəfindən cangüdən ayrılmışdı. Çünki atdığı hər addımda onu qətlə yetirə bilərdilər. Sonunda isə cangüdənləri ilə birgə avtomobil qəzasına uğradı və cangüdənlərlə birgə yanaraq öldü. Bizim üç rəngli bayrağımızda islamın simvolu öz əksini tapıb. Ulu Öndər və Prezident İlham Əliyev də Həcc ziyarətində olublar. Heydər Əliyev Fondundan rəsmi olaraq Gəncə imamzadəsinin təmirinə ayrılan vəsait də İlham Əliyevin dini, milli və tarixi dəyərlərimizə olan hörmət və ehtiramının sübutudur. Buna görə də düşünürəm ki, xanım ictimai şəkildə xalqdan, dövlətimizdən üzr istəməlidir. Onun dedikləri ölkəmizdə ictimai sabitliyin pozulmasına xidmət edir. Özünə hörmət edən psixoloq heç kimin inanc hisslərini bu şəkildə təhqir etməz! Hər bir vətəndaşın borcudur ki, yaşadığı dövlətin konstitusiyasına, onun ictimai-siyasi maraqlarına xidmət etsin. İctimai asayişin pozulmasına xidmət edən hər bir kəs cinayət məcəlləsinə əsasən məsuliyyət daşıyır”.

Psixoloq həmkarlarına hər zaman hörmətlə yanaşdığını vurğulayıb:

“Azərbaycanda təhsil aldığım alimlərin uca adlarını dəfələrlə vurğulamışam. Ramiz Məmmədzadə, Kərim Kərimov, Qulam Əzizov kimi ömrünü-gününü təhsil və tədrisə həsr edən psixologiya elmləri doktorlarından, professorlardan təhsil almışam. Dediyimi digər psixoloqlar da təsdiqləyə bilər. Dindarların başqa insanlara nisbətdə ölüm qorxusu olmur və yaxud da az olur. Tarixi xronologiyada dediklərimin sübutu var. Məsələn, savadsız təbəqələrdən olan gənclərin müəyyən qurumların təsiri altına düşmələri, terrorist olmaları və ölümdən qorxmayaraq özlərini öldürmələri bunun ən gözəl sübutudur. Bəli, bu, yaxşı hal deyil. Lakin ortada olan bir həqiqət vardır ki, o da dindarların digərlərinə nisbətdə ölümdən az qorxmaları və ya heç qorxmamalarıdır. Axı ölüm son deyil, yeni həyatın baçlanğıcıdır deyə inanırlar. Statistikaya nəzər salsaq, görərik ki, dindarlar digərlərinə nisbətdə depressiyaya düşmürlər. Onlar tale, qədər və alın yazısına inanırlar, səbir edirlər”.

Избранный
102
1
turkustan.az

2Источники