"Sevilya" heyətini nigeriyalı forvardla gücləndirib.
İdman.biz xəbər verib ki, Akor Adams "Monpelye"dən transfer edilib.
24 yaşlı hücumşu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. Bu transfer "Sevilya"ya 5,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Adams Fransa çempionatında 15 oyunda 3 qolla yadda qalıb.
İdman.biz