RU

Sabiq "Qalatasaray"lı karyerasını bitirib

"Qalatasaray"ın sabiq futbolçusu Ömər Elabdullayi 33 yaşında karyerasını bitirib. 

Apasport.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib:

"Futboldan uzaqlaşmağın vaxtı gəlib. Bu inanılmaz səyahətin bir hissəsi olan hər kəsə ürəkdən təşəkkür edirəm".

2020-2022-ci illərdə "Qalatasaray"da çıxış edən norveçli Türkiyə klubundan ayrıldıqdan sonra 2 il "Bodo-Qlimt" forması geyinib.

Xatırladaq ki, o, 31 dekabr 2020-ci ildə əlindəki fişəngin partlaması nəticəsində gözündən yaralanmışdı. Bundan sonra futbolçu 14 ay meydanlardan uzaq qalmışdı. 

Hər iki gözündən zədə alan Elabdullayi uzun sürən reabilitasiya prosesindən sonra futbola qayıtmışdı.

Karyerasında 298 matça çıxan Ömər Elabdellaoui 14 qol vurub, 25 məhsuldar ötürmə edib.

“Lion” baş məşqçisini istefaya göndərdi

“Bavariya”da Noyerin taxtına yeni namizəd

"Fənərbaxça"nın yeni transferi Anderson Talişka İstanbula gəlib

A Seriyası: autsayderlərin dueli sülhlə başa çatdı

Super Liqa: “Kasımpaşa”dan möhtəşəm geridönüş

Избранный
16
38
apasport.az

10Источники