RU

"İranın Ermənistan və Qərblə bağlı etirazları eşidilmir"- Politoloqdan AÇIQLAMA

Ermənistan Qərblə yaxınlaşdıqca İran təşvişə düşür...

Bununla bağlı News365.az politoloq Tural İsmayılovun fikirlərini öyrənib.

"İranın Ermənistana baxışı və reaksiyaları daha sərt və prinsipial olmalı idi, çünki məlumdur ki, Ermənistan rəhbərliyi, xüsusilə Paşinyan hakimiyyəti, İranı öz qarşısında əngəl hesab edən əsas ölkələrdən biridir. Ermənistanın İranla müttəfiqlik görüntüsü yaratmaq cəhdləri əslində aldatmacadan başqa bir şey deyil. Faktiki olaraq, Ermənistan ərazisində Avropa İttifaqının Mülki Müşahidə Missiyası adı altında fəaliyyət göstərən kəşfiyyat şəbəkəsi həm də İran əleyhinə təbliğat və kampaniya aparır. Bununla yanaşı, ABŞ ilə Ermənistan arasında imzalanmış “strateji müttəfiqlik” adlı razılaşma bölgəyə xarici qüvvələrin müdaxiləsini daha da gücləndirmək məqsədi daşıyır.

Təəssüf ki, Ermənistanın Qərblə əlaqələri və Qərbin Ermənistan vasitəsilə bölgəyə təsir göstərmə cəhdləri indiyədək İran tərəfindən lazımi dərəcədə qiymətləndirilməyib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Zəngəzur dəhlizi ilə bağlı qırmızı xətləri bəyan edən İran, hazırda Ermənistanı Qərbin kəşfiyyat meydanına çevirən Sorosçu Paşinyan hakimiyyətinə qarşı hər hansı ciddi reaksiya vermir. Publik şəkildə İranın Ermənistan-Qərb münasibətləri ilə bağlı mövqeyi və etirazları da demək olar ki, eşidilmir.

Nəticədə, İranın Azərbaycan və Türkiyə əleyhinə müxtəlif fəaliyyətlər göstərən və Ermənistanla əməkdaşlıq etməyə davam edən siyasəti, Ermənistan-Qərb münasibətləri fonunda bir daha qeyri-müəyyənlik və tutarsızlıq nümayiş etdirir."

News365.az

Избранный
25
50
news365.az

10Источники