RU

Lavrov UNESCO-nu sərt tənqid edib

UNESCO Katibliyi Baltikyanı və Ukraynada Rusiya ilə bağlı mədəni irs abidələrinin dağıdılması faktlarını biabırçı şəkildə gizlədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov UNESCO işləri üzrə komissiyanın iclasında bildirib.

O, UNESCO-nu Ukrayna və Baltikyanı ölkələrdə Rusiya ilə bağlı tarixi mədəni abidələrin dağıdılmasına reaksiya verməməkdə ittiham edib:"Kiyev hakimiyyəti və onların qərbli himayədarları ilə bir yerdə oynayan katiblik susur. Mən deyərdim ki, Ukraynada, Baltikyanı ölkələrdə, o cümlədən UNESCO tərəfindən qorunan Rusiya tarixi-mədəni irsinin abidələrinin kütləvi şəkildə sistematik şəkildə məhv edilməsi ilə bağlı biabırçı sükut hökm sürür”.
Rusiya XİN başçısı qeyd edib ki, UNESCO Odessanın tarixi hissəsində Böyük Yekaterina və feldmarşal Qriqori Potemkinin abidələrinin sökülməsinə məhəl qoymayıb, cəmi bir həftə sonra ərazini Dünya İrsinin siyahısına salıb.

Избранный
16
bakivaxti.az

1Источники