RU

Afrika 2 hissəyə parçalana bilərmi?!

Afrika materiki çat nəticəsində  ikiyə bölünəcək. Tədqiqatçıların son araşdırmalarında parçalanmanın artıq iki dəfədən də çox sürətləndiyi üzə çıxıb. Xəbəri “Reuters” yayıb. 

Belə ki, Efiopiya səhrasında 56 kilometr uzunluğunda olan çat 2005-ci ildə yaranıb və o vaxtdan bəri genişlənir. Əvvəllər tədqiqatçılar parçalanmanın on milyonlarla il çəkəcəyini düşünürdülər. Lakin amerikalı professor Ken Makdonald bunun 1–5 milyon il ərzində baş verəcəyini bildirib. 

Parçalanma nəticəsində Şərqi Afrika qitənin qalan hissəsindən okean suları ilə ayrılacaq.

Fidan 
XQ

 

Избранный
9
1
xalqqazeti.az

10Источники