Azərbaycan Silahlı Qüvvələri hələ də Ermənistan ərazisində qalır və rəsmi İrəvan bu məsələnin həllini sərhədlərin delimitasiya prosesinin sonunda həll ediləcəyini düşünür. Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryan bəyan edib.
"Sərhədlərdə vəziyyət nisbətən stabildir, düşmən qüvvələrinin kütləvi toplanması müşahidə olunmur. Lakin biz narahat olmalıyıq. Çünki qarşı tərəf Ermənistanın suveren ərazilərində qalmaqda davam edir. Biz öz vəzifəmizi yerinə yetiririk və ölkənin siyasi rəhbərliyi ilə birlikdə sülh, delimitasiya və demarkasiya yolunu seçmişik", – Asryan "Yerablur" hərbi poliqonunda jurnalistlərə bildirib.
O, Azərbaycanın silahlı qüvvələrinin Cermuk şəhərindən çıxıb-çıxmayacağına dair suala cavab verməkdən imtina edərək, delimitasiya nəticələrini gözləməyi tövsiyə edib.
Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya prosesi zamanı bütün xəritə və hüquqi əsasları olan sənədlərdən istifadə edəcəklər.
Sənəd erməni, azərbaycan və rus dillərində tərtib olunub və Azərbaycanın da ratifikasiyasına təqdim edilməlidir.
N.Təbrizli
www.anews.az