Toyda, "filankəsin şərəfinə bir tuş!" deyildiyi kimi hüzn məclislərində də "filanın ruhuna bir salavat!" deyirlər. Bir də görürsən yasda biri yan masadan mollaya 5 manat ötürüb deyir, filankəs filan oğlunun da ruhuna bir salavat de. O da pulu alıb sifarişi icra edir.
Eynən toyda musiqiçilər "Yanıq Kərəmi" üçün şabaş qəbul etdiyi kimi. Görün Allahın dinini nə hala salıblar?
Açıq - aşkar alverdir bu...
Peyğəmbərin adı ilə aidiyyəti olmayan duanı, pul alıb ifa edirsən.
Halbuki Salavat yalnız Peyğəmbər və Əhli Beyti üçün salamdır, vəssalam. Bunun başqa ölülələrə aidiyyəti yoxdur. Ölülər üçün dua edib onlara da salam göndərərsən, bu ayrı şeydir...
Hə, kimlərsə salavatı, dini özünə alət edən farsizmin siyasi-ideoloji parolu kimi müxtəlif məclislərdə xüsusi adlar çəkərək istifadə edirsə, bu da tam başqa şeydir...
Tural İrfan
visiontv.az