RU

Son 20 ildə AAYDA-nın neçə kilometr yeni yol tikdiyi AÇIQLANIB

Bakı. Trend:

Son 20 ildə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmişproqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsindəAzərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDBdövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə27-ci yerdə qərarlaşmağa müvəffəq olub.

Trend xəbər verir ki, bununla bağlı AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Dövlət başçısının müvafiq Sərəncamlarına uyğun olaraq AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2004-2024-cü illərərzində ölkədə 6593,7 km Respublika əhəmiyyətli, 11643,6 km Yerliəhəmiyyətli, 2529,8 km Bakı şəhər yolları olmaqla 20 767,1 kmuzunluğunda yeni yollar tikilmiş, yenidən qurulmuş və təmiredilmişdir.

"Dövlət başçısının imzaladığı Sərəncamlara uyğun olaraq,yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlarauyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlərnəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə vəkənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Sözsüz ki, buda öz növbəsində, rahat gediş-gəlişi təmin etmək, yük və sərnişindaşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha dayaxşılaşdırır", - deyə AAYDA-dan bildirilib.

Məqalədə:
Избранный
16
2
az.trend.az

1Источники