Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində bölgələrdə sayılıb-seçilən şəxslərin namizədliyini verməsində maraqlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiöncəsi mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, 16 min 294 nəfər imza vərəqəsi götürüb, onlardan 16 min 238 nəfərın vərəqəsi tərəfimizdən qəbul edilib:
"Seçki bülletenlərində isə 16 min 92 nəfərin adı var. Bu böyük rəqəmdir. 24 siyasi partiya namizədləri ilə birlikdə iştirak edir".
Əli Hüseynov