"Fərdi qaydada namizədlik verən şəxslərin sayı çoxdur. Bu da seçkilərə marağın göstəricisidir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkisindən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Komissiya onların hüquqlarının qorunması ilə bağlı bütün tədbirlər görüb:
"Namizədlərin 8 min 504 nəfəri partiya mənsubiyyətli, 7 min 588 nəfəri isə bitərəfdir. Onlardan 31 faizi qadınlardır, 82 faizi ali təhsilliidir. Bunu böyük uğur hesab etmək olar".
Əli Hüseynov