RU

Türkiyə 14-cü humanitar yardım gəmisini Fələstinə göndərib

Fələstin sakinləri üçün 871 ton humanitar yardım daşıyan daha bir gəmi Türkiyənin Mersin limanından yola düşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yanvarın 28-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 10 460 çadır, 14 350 adyal, 20 duş-tualet və 300 generator daxildir. Bütün yardımlar Qəzza zolağının sakinləri arasında bölüşdürüləcək.

“Türk xalqı ehtiyacı olan hər kəsə hər cür yardım göstərməyə davam edəcək. Biz Fələstindəki qardaşlarımızın yanındayıq” -deyə Yerlikaya yazıb.

Nazir Fələstinə yola salınan gəminin fotolarını da paylaşıb.

Избранный
15
xezerxeber.az

1Источники