RU

Bələdiyyə seçkilərini 70 mindən artıq yerli müşahidəçi izləyəcək - Məzahir Pənahov

Müşahidəçilər və media nümayəndələrinə müşahidə aparmaq hüququ veriləcək.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"Müşahidəçilər və media nümayəndələri heç bir rədd cavabı almadan müraciət edə bilərlər. Onlara müşahidə aparmaq hüququ veriləcək", - o bildirib.

MSK sədri vurğulayıb ki, indiyədək heç kimə heç bir rədd cavabı verilməyib.

O qeyd edib ki, bələdiyyə seçkilərini izləyəcək yerli müşahidəçilərin sayı 70 625 nəfərə çatıb.

Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 92 namizəd mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
45
olaylar.az

10Источники