RU

Veb-kamera quraşdırılan məntəqələrdə prosesi onlayn rejimdə izləmək mümkün olacaq - MSK sədri

Veb-kamera quraşdırılan məntəqələrdə prosesi onlayn rejimdə izləmək olacaq.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə veb-kamera təcrübəsinə başlanılıb. Azərbaycan coğrafiyasını əhatə etmək şərtilə məntəqələr veb-kameralarla təchiz edilir. Hazırlıq işləri də daxil olmaqla məntəqə açıldıqdan bağlananadək, seçki prosesini protokollar tərtib edilənədək onlayn rejimdə arası kəsilmədən dünyanın istənilən nöqtəsindən MSK-nın internet səhifəsindən müşahidə aparmaq mümkündür", - o bildirib.

O qeyd edib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

"Veb-kamelarla bağlı seçki olsa da, olmasa da il boyu aparılan xidmət böyük maliyyə tələb edir", - M.Pənahov əlavə edib.

Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 92 namizəd mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
38
olaylar.az

10Источники