RU

Aİ Rusiyadan yanacaq idxalını tam dayandırmağı hədəfləyir- 2027-ci ilə qədər...

Image

Avropa Komissiyası Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) və digər yanacaq idxalını dayandırmağa yönəlmiş planın elanını bir ay gecikdirə bilər. 

“Bloomberg” xəbər verir ki, bəzi ölkələr Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini istəsələr də, Aİ-nin 27 üzvü arasında konsensusun olmaması prosesi ləngidir. Aİ 2027-ci ilə qədər Rusiyadan yanacaq idxalını tamamilə dayandırmağı planlaşdırır.

Yanvarın 1-də Rusiyanın “Qazprom” şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında qaz nəqli müqaviləsinin müddəti başa çatıb. Rusiya müqaviləni uzatmağa hazır olduğunu bildirsə də, Ukrayna bunu rədd edib. Ukrayna lideri Zelenskyy Rusiyanın qaz gəlirlərindən əlavə milyardlar qazanmasının qarşısını almaq istədiklərini deyib.

TAHİR





Избранный
8
baki-xeber.com

1Источники