RU

Kreml sanksiyaları "ikiağızlı qılınc" adlandırdı



Rusiya Avropa İttifaqının sanksiyalarını qeyri-qanuni hesab etməkdə davam edir.

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, indi getdikcə daha çox insan anlayır ki, sanksiyalar "ikiağızlı qılıncdır" və adi avropalılar bundan əziyyət çəkirlər.

"Biz hələ də onları beynəlxalq hüquqa zidd olan qeyri-qanuni məhdudiyyətlər adlandırırıq. Bu halda heç nə dəyişməyəcək" - deyə Kreml nümayəndəsi vurğulayıb.

Lalə, BakuPost

Избранный
16
bakupost.az

1Источники