RU

Gəncədə yaradıcı şəxslər əqli mülkiyyət sahəsi ilə bağlı məlumatlandırılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Gəncə şəhərində yaradıcı şəxslər üçün əqli mülkiyyət sahəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi ölkəmizin yaradıcı şəxsləri arasında əqli mülkiyyət sahəsində məlumatlılığın artırılması olub.

Təlim Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Əqli Mülkiyyət Agentliyinin köməyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunub. Bu tədbir “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi çərçivəsində həyata keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrinin əməkdaşları və digər maraqlı şəxslər iştirak ediblər. Tədbirdə Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev və Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimovun məruzələri dinlənilib.

N.İsayev müasir dövrdə əqli mülkiyyətin dünyanın mədəni və sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, bütün ölkələrin bu sahəyə xüsusi diqqət yetirdiyini, Azərbaycanda da əqli mülkiyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və bu sahənin inkişafı üçün ölkəmizdə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət başçısının qayğısı nəticəsində Azərbaycan əqli mülkiyyət sahəsində dünyada ən zəngin qanunvericilik bazası olan ölkələrdən biridir.

Təlimdə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. İştirakçılar faydalı keçən tədbirin təşkilatçılarına və məruzəçilərə öz təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən nəşr olunan kitabların sərgisi təşkil edilib. Sonda Agentliyin əqli mülkiyyət hüquqları, innovasiya və kreativ iqtisadiyyat, sənaye mülkiyyəti, müəlliflik hüququ, erməni saxtakarlıqlarına qarşı mübarizə və digər mövzularda buraxdığı 100-dək kitab təlim iştirakşılarına paylanılıb.

Избранный
7
azertag.az

1Источники