RU

Səhər bir ovuc yeməyin 5 faydası var: Sağlamlığınızı gücləndirməyin yolu

Səhər bir ovuc yeməyin 5 faydası var:

Anakardiya (keşyu) sağlamlığa faydalı qidalarla zəngin olan dadlı bir qozdur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tərkibində maqnezium, mis, dəmir və sağlam yağlar var ki, bunlar bədənin normal fəaliyyətini dəstəkləyir. Maqnezium sinir və əzələ funksiyalarına kömək edir, mis isə dərinin sağlam qalmasına və immun sisteminin güclənməsinə dəstək olur.

Anakardiya ürək sağlamlığı üçün də faydalıdır, çünki pis xolesterolu azaldır, yaxşı xolesterolu artırır və qan təzyiqini tənzimləməyə kömək edir.

Beynin funksiyasını yaxşılaşdıran anakardiya, yaddaşı gücləndirir və idrak qabiliyyətini artırır. Enerji baxımından zəngin olduğu üçün gün ərzində yorğunluğun qarşısını alır və maddələr mübadiləsini sürətləndirir.

Həmçinin, antioksidantlarla zəngin olması sayəsində dərini qidalandırır və parlaq görünüş qazandırır. Anakardiyadakı mis melanin istehsalını stimullaşdıraraq saçları gücləndirir və parlaq edir.

Günə bir ovuc anakardiya ilə başlamaq orqanizmin ümumi sağlamlığı üçün faydalı ola bilər, lakin allergik reaksiyalardan qaçmaq üçün diqqətli olmaq və mütəxəssislə məsləhətləşmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
32
e-saglam.az

1Источники