“Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilmiş, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb”.
Demokrat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
“Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz”, - məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
10Источники
-
azadmedia.azXoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır » AzadMedia.az ( 15144667)
-
azertag.azQırğızıstanda beyin şişinin şüa terapiyası ilə müalicəsinə başlanılıb ( 15141115)
-
azadmedia.azXoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır » AzadMedia.az ( 15140091)
-
e-saglam.azBeyin şişlərinin əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır? - Agentlikdən cavab ( 15139895)
-
xalqqazeti.azXoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır ( 15136685)
-
fed.azÖtən il sığorta ilə aparılan xoşxassəli beyin şişinin çıxarılması əməliyyatının sayı - AÇIQLANDI ( 15136463)
-
qlobal.netXoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi pulsuzdur ( 15136195)
-
az.trend.azÖtən il sığorta ilə aparılan xoşxassəli beyin şişinin çıxarılması əməliyyatının sayı AÇIQLANDI ( 15135669)
-
hafta.azRusiya məktəblərində məcburi dini təbliğat başlayır ( 15131931)
-
yenigundem.azSaxta məlumatlar Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir - RƏSMİ ( 15109697)