RU

Cənubi Koreyada göyərtəsində 170-dən çox sərnişinin olduğu təyyarə yanıb

Cənubi Koreyanın Kimxe beynəlxalq hava limanında "Air Busan" sərnişin təyyarəsi yanıb.

Yanğın, göyərtəsində 176 nəfərin olduğu Honq-Konqa uçuşdan əvvəl başlayıb.

Qaziler.az bildirir ki, bu barədə "Yonhap News" xəbər verir.

Nəşrin məlumatına görə, ölkənin cənub-şərqindəki Busan şəhərindəki beynəlxalq hava limanında sərnişin təyyarəsi yanıb.

Yanğınsöndürmə idarəsi bildirib ki, Gimhae Beynəlxalq Hava Limanından Honq-Konqa uçan Air Busan təyyarəsi çərşənbə axşamı yerli vaxtla saat 22:26 radələrində havaya qalxmazdan əvvəl quyruq hissəsində yanıb.

Təyyarədə olan 169 sərnişinin və yeddi ekipaj üzvünün hamısının  təxliyyə edildiyi məlum olub. Təxliyə zamanı 3 nəfər yaralanıb.

Qeyd olunur ki, yanğın təyyarənin quyruğundan başlasa da, alov təyyarənin gövdəsinə də keçib.

QAZİLER.AZ

Избранный
16
16
qaziler.az

10Источники