RU

“Crocus” hadisəsinə haqq qazandıran şəxs SAXLANILDI - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində “Crocus City Hall”da törədilən terror aktına bəraət qazandıran şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyası məlumat yayıb.

Departamentin məlumatına görə, o, sosial şəbəkələrdə terrora çağırış edib və Crocus City Hall-da terror aktını təşkil edən silahlılara haqq qazandırıb. 

Saxlanılan şəxs özünü qadağan olunmuş dini təşkilatın üzvü kimi təqdim edib. 
 

Bildirilir ki, saxlanılan şəxs “Molotov” partlayıcılarının hazırlanması və istifadəsi ilə bağlı təlimatların yer aldığı yazılar da dərc edirmiş.


Xatırladaq ki, ötən il martın 22-si axşam saatlarında Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib. 


Bizim.Media

Избранный
16
7
bizim.media

10Источники