RU

Rusiya Suriyada hərbi bazaların saxlanması ilə bağlı razılığa gələ bilmir

...Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın hərbi mövcudluğuna dözmək istəmir və Moskva isə hələ ki, onları başqa cür inandıra bilməyib.

SİA-nın məlumatına görə, Bəşər Əsəd rejiminin süqutundan sonra ilk dəfə Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün Dəməşqə gəlib.

Amma Moskvanın nüfuzlu rəqibi var, bu, Türkiyədir.

Belə ki, AnkaraBəşər Əsədi devirən üsyançıları dəstəkləyib.

...Moskvada vəziyyətlə tanış olan şəxs Bloomberg-ə bildirib ki, Rusiya bazaların saxlanması ilə bağlı hələ ki, razılığa gələ bilməyib. Onun sözlərinə görə, Suriyanın yeni hökuməti ilə danışıqlar dalana dirənib. Mənbə bildirib ki, Rusiyanın Xmeymim aviabazasındakı fəaliyyəti məhdudlaşdırılıb və iki nəqliyyat gəmisi hərbi texnikanı çıxarmaq üçün Tartusa yanaşmağa icazə verilənə qədər bir neçə həftə

gözləyib.

Qeyd edilməlidir ki, üsyançılara dəstək verən Türkiyə Rusiyanın Suriyada hərbi mövcudluğunu davam etdirməsinə qarşıdır.

Türkiyənin iki yüksək rütbəli rəsmisi Bloomberg-ə bildiriblər ki, yeni hakimiyyətin Rusiyaya hərbi təyyarələri vətəndaş müharibəsi zamanı müxalif qüvvələrə zərbələr endirdikdən sonra bazalarda qalmasına icazə verəcəyi çox şübhəlidir. Vladimir Putin Əsədi əsgərlərlə dəstəklədi və “ərəb baharı”ndan sonra başlayan müharibəni uduzmamağa kömək etdi.

Bu, digər şeylərlə yanaşı, Rusiya ordusu tərəfindən müxaliflərin nəzarəti altında olan Suriya şəhərlərinin kütləvi bombardmanları vasitəsilə əldə edilib.

Silahlı üsyançılar 2024-cü ilin noyabr ayının sonlarında İdlib vilayətindən Hələbə, oradan da Dəməşqə gözlənilməz irəliləməyə başlayanda, Rusiya aviasiyası əvvəlcə onları da vurdu.

Müxalifət qüvvələrinin Dəməşqə çatması və Əsəd rejimini devirməsi bir həftə yarım çəkdi.

...TASS xəbər verir ki, çərşənbə axşamı Rusiya nümayəndə heyəti, o cümlədən xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Dəməşqə gəlib.

Dövlət agentliyi yazır ki, bu, Əsədin dekabrda “Suriya prezidenti postunu tərk etdikdən” sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.

Rusiyaya məxsus iki nəqliyyat gəmisi, Sparta və II Sparta bir neçə həftə idi ki, Tartus bazası yaxınlığında hərəkət edirdi, lakin son günlər limana daxil ola biliblər.

Bu, Tartus Gömrükünün direktoru Riyad Cudinin Suriyanın yeni hakimiyyət orqanlarının Stroytransgaz ilə limana investisiyalar üzrə 2019-cu il müqaviləsinə xitam verdiyini elan etdikdən sonra baş verib.

Sparta II limanı tərk edib və onunla birlikdə oraya gətirilən konteynerlərin və hərbi texnikanın əhəmiyyətli bir hissəsi yanalma körpülərindən itib.

...49 illik icarə müqaviləsinin ləğvi ilə Rusiyaya çox aydın oldu ki, o, Tartusda hərbi mövcudluğunu saxlamağa daha ümid edə bilməz və buna görə də orada daha çox qalmağın və evakuasiyanı təxirə salmağın mənası yoxdur.

“BBC” xəbər verir ki, bunu dəniz analitiki Frederik Van Lokeren bildirib.

Əli Babayev

Избранный
13
47
sia.az

10Источники