RU

Putin müharibənin bitəcəyi tarixi açıqladı

Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra başlayıb.

Putin bildirib ki, o zaman söhbət Ukrayna qoşunlarının Donbassdan çıxmasından gedirdi.

Rusiya prezidenti qeyd edib ki, 2022-ci ilin yazında İstanbulda müzakirə edilən saziş layihəsi Ukraynanın təklifləri əsasında hazırlanıb.

“2022-ci ilin yazında Avropa liderləri Rusiyanı “ciddi qan tökülməsinin, bir növ ciddi müharibənin” qarşısını almaq üçün Kiyevdən qoşunları çıxarmağa razı salıblar. İstanbulda müzakirə edilən saziş layihəsi Kiyev yaxınlığında Rusiya qoşunlarının olmadığı vaxt hazırlanıb. Bunun əksini iddia etmək ciddi deyil”, – Putin bildirib.

Putin bildirib ki, Zelenski ilə 2022-ci ilin aprelində görüşməyə razılaşıb, lakin Kiyev fasilə götürüb və razılaşmanı pozub.

Rusiya prezidenti Zelenskini yenə qeyri-legitim adlandırıb. Vurğulayıb ki, o,Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz.

“Rusiya-Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər”.

Putin əlavə edib ki, Qərbin Kiyevə dəstəyi olmadan Ukrayna münaqişəsi tez bitə bilər: “Sponsor pulu və patronlar tükənərsə, xüsusi hərbi əməliyyat bir ay yarıma, iki aya bitə bilər. Bu mənada Ukraynanın suverenliyi “demək olar ki, sıfıra bərabərdir. Qərbin sülhə nail olmaq istəyi varsa, Zelenskinin qadağasını aradan qaldırmağın yolları tapılacaq”. /APA

Избранный
20
8
konkret.az

10Источники