Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı feyk məlumatlar yayılıb.
News24.az xəbər verir ki, həmin məlumatlar XİN-in rəsmi açıqlaması kimi təqdim edilib.
Həmin yalan informasiyalarda, XİN-in mətbuat katibi Ayxan Hacızadənin adından iddia edilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quşlarla toqquşmasını təsdiq edir.
Bununla yanaşı, feyk məlumatda Azərbaycanın guya yalan informasiyaların yayılmasına görə Rusiyadan üzr istədiyi də qeyd olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, sosial şəbəkələrdə AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir. O, sözügedən məlumatın saxta olduğunu vurğulayıb.