Çörəkotu Asiya ölkələrinə xas bir bitki olan - Nigella sativa toxumlarından əldə olunur.
Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə toxumu da adlandırırlar.
Çörəkotunun insan sağlamlığına bir sıra faydaları var.
Bu ədviyyat antioksidantlarla zəngindir. Qara zirə iltihab əleyhinə xüsusiyyətlərə malikdir və iltihabla mübarizə aparır. Tərkibindəki komponentlər immunitet sistemini gücləndirməyə kömək edir. Bu da bədəni infeksiyalardan və xəstəliklərdən qoruyur.
Çörəkotu qan təzyiqini aşağı salır və xolesterol səviyyəsini yaxşılaşdırır. Ürək-damar sağlamlığını dəstəkləməyə kömək edir. Yüksək qan təzyiqinə faydalıdır və xolesterolu tarazlaşdıraraq ürək xəstəliklərindən qoruyur.
Qara zirə qaraciyərin sağlamlığını dəstəkləyir. Qaraciyərin bədəndən toksinləri təmizləməsində rol oynayır. Bundan əlavə xərçəng riskini azaltmağa kömək edir.
Çörəkotu astma simptomlarını aradan qaldıra və allergik reaksiyaları azalda bilər. Həmçinin mədə narahatlığını aradan qaldıra və həzm sistemini sakitləşdirə bilir. Həzm prosesini tənzimləməyə yardımçı olur.
Səhərlər acqarına qara zirə toxumu istehlak etmək aclıq hissini aradan qaldıra və arıqlamaq istəyənlər üçün faydalı ola bilər.
Ədviyyat orqanizmi antioksidantlarla təmin edən birləşmələri ehtiva edir. Bu antioksidanlar sərbəst radikalları zərərsizləşdirərək hüceyrə zədələnməsini azalda və yaşlanmanı gecikdirə bilir. Qara zirə toxumu dəri problemlərini aradan qaldırmaq üçün istifadə edilə bilər.
Sızanaq və ekzema kimi dəri problemlərini aradan qaldırmağa da faydalıdır.
Antiseptik xüsusiyyətləri ağızdakı mikroblarla mübarizə aparmağa və diş əti xəstəliklərinin qarşısını almağa yardımçı olur.
Hər gün 1 çay qaşığı qara zirə istehlak edilməsi tövsiyə edilir. Həddindən artıq istifadəsi insan sağlamlığına zərər verə bilər.