RU

Rusiyadan təhdid: “Putini öldürməyə cəhd olsa...”

Rusiya Prezidenti Vladimir Putinə sui-qəsdin hazırlanması və bunun müzakirəsi cinayətdir və qlobal təhlükəsizliyə ciddi təhdiddir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Putinə qarşı sui-qəsdin hazırlanması, onun müzakirəsinin özü belə cinayətdir. Qlobal təhlükəsizliyə ən ciddi təhdiddir, nüvə müharibəsinin başlanmasına birbaşa yoldur. Bu, bütün beynəlxalq qurumların araşdırması üçün əsas olmalıdır”, - spiker bildirib.

Xatırladaq ki, amerikalı jurnalist Taker Karlson bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasını Putini öldürməyə cəhddə günahlandırmışdı. Onun sözlərinə görə, keçmiş dövlət katibi Entoni Blinken vəzifəsinin son iki ayında ABŞ və Rusiya arasında müharibəni sürətləndirmək üçün əlindən gələni edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
19
29
teleqraf.com

10Источники