RU

Duma sədri: Putini öldürməyə cəhd açıq təhdiddir

Nəinki Putinə sui-qəsdin hazırlanması, hətta onun müzakirəsinin özü cinayət və qlobal təhlükəsizliyə ciddi təhdid, nüvə müharibəsinin başlanmasına birbaşa yoldur.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yanvarın 29-da sosial şəbəkədəki səhifəsində yazıb.

O hesab edir ki, amerikalı jurnalistin sözləri bütün beynəlxalq qurumlarda araşdırma üçün əsas olmalıdır.

Volodin əlavə edib ki, rusiyalılar da öz növbəsində Rusiya Federasiyasına qarşı amansız mübarizənin aparıldığını başa düşməlidirlər:

“Bizim üzləşdiyimiz çağırışların və təhdidlərin miqyasını anlayın. Bu, öz məsuliyyətini hiss etmək deməkdir. Şübhəsiz, Putin Rusiyanın üstünlüyüdür. Bu gün hər zamankindən daha çox hamının birliyi və prezidentimizin ətrafında cəmləşməsi son dərəcə vacibdir”.

Xatırladaq ki, bundan əvvəl amerikalı jurnalist Taker Karlson həmkarı Mett Taibbi ilə söhbətində ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasının Rusiya prezidenti Vladimir Putini öldürməyə cəhd etdiyini bildirmişdi. 


Telegram kanalımız
Избранный
11
2
yenisabah.az

10Источники