RU

Şabranın 105 yaşlı seçicisi SƏS VERDİ – FOTO/VİDEO

Şabranın ən uzunömürlü seçicisi -105 yaşlı Meynaz Maqsudova bələdiyyə seçkilərində iştirak edib.

Bizim.Media xəbər verir ki, Prezident və parlament seçkilərində fəal iştirak edən 105 yaşlı Şabran sakini budəki seçkilərlə bağlı da seçimini edib.

56 saylı Şabran-Xaçmaz DSK-nın 13 saylı seçki məntəqəsindən rayonun ən uzunömürlü seçicisinin evinə səs verməsi üçün qutu daşınıb. Ağbaş kənd sakini olan Meynaz nənə ona seçki qaydaları izah ediləndən sonra istədiyi namizədə səs verib.

Qeyd edək ki, 56 saylı Şabran-Xaçmaz DSK üzrə 53 məntəqə Şabranda, 12 məntəqə isə Xaçmazda yerləşir. Bu məntəqələr üzrə 7 bələdiyyə üzrə 85 üzv uğrunda 170 nəfər namizəd mübarizəyə qatılıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
28
50
bizim.media

10Источники