ABŞ-da "TikTok"-un taleyi qeyri-müəyyən olaraq qalır.
Gundem.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "TikTok"-un texnologiya nəhəngi "Microsoft" tərəfindən alına biləcəyini açıqlayıb.
Satış baş tutarsa, Çin əsaslı tətbiqin ABŞ-da qadağan edilməsi riski aradan qaldırılacaq.
"TikTok"-un dünya üzrə 1,5 milyarddan çox, ABŞ-da isə təxminən 170 milyon istifadəçisi var. Proqramın ABŞ-da qadağan edilməməsi üçün onun ən azı 50%-i Amerika şirkəti tərəfindən satın alınmalıdır.
Xatırladaq ki, "TikTok" yanvarın 19-da ABŞ Ali Məhkəməsi tərəfindən qadağan edilib. Lakin yanvarın 20-də vəzifəsinin icrasına başlayan Donald Tramp imzaladığı prezident fərmanı ilə bu müddəti 75 gün uzadıb./publika.az