RU

Putinə sui-qəsd məsələsi böyüdü – BMT-yə müraciət

Dövlət Duması ABŞ Konqresinə və BMT-yə müraciət göndərmək qərarına gəlib. Müraciətdə amerikalı jurnalist Taker Karlsonun ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlaması ilə bağlı bəyanatının araşdırılması tələb olunur.

Axar.az  xəbər verir ki, bu barədə Dumanın mətbuat xidməti məlumat yayıb.

"Dövlət Duması ABŞ Konqresinə və BMT-yə müraciət göndərəcək və burada Bayden administrasiyasının Vladimir Putinə qarşı sui-qəsd hazırlaması ilə bağlı Taker Karlsonun bəyanatının araşdırılması tələb olunur", - məlumatda bildirilib.

Müraciətin mətnini Dövlət Dumasının bütün fraksiyaları dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
16
olaylar.az

10Источники