RU

Rusiya 10 milyon ton taxılı çürüdüb - Və taxıl ixracını kəskin azaldıb

Rusiya uzun illər ərzində ilk dəfə olaraq qlobal taxıl bazarında lider mövqeyini itirmək üzrədir. Belə ki, 2025-ci ildə ölkədən xaricə taxıl ixracı 30 faizə yaxın azalacaq. 

“AzPolitika” xəbər verir ki, Rusiya Taxıl İttifaqının(RTİ) proqnozunda belə deyilir. RTİ-in hesablamalarına görə, bu il fermerlər xaricə 48-49 milyon ton taxıl satacaqlar. Keçən il bu rəqəm 72 milyon ton idi. Hətta buğda ixracı 41-42 milyon tona qədər azala bilər.

RTİ prezidenti Arkadi Zloçevski mətbuat konfransında deyib ki, iqtisadiyyatın əsas valyuta gəlirləri arasında yer alan və 2023-cü ildə 15,5 milyard dollar gəlir gətirən taxıl ixracı artıq sürətlə azalmaqdadır. ProZerno mərkəzinin məlumatına görə, yanvarın sonunda həcmlər illik müqayisədə 42% azalıb və ayın əvvəlindən fermerlər təxminən 2,5 milyon ton məhsul ixrac ediblər. Zloçevski qeyd edir ki, yanvarda həmişə azalma olub, “amma heç vaxt iki dəfəyə qədər azalma olmayıb”.

Qeyd olunur ki, pis hava şəraiti və hökumətin toxum idxalını qadağan edən qərarından sonra taxıl ixracı sürətlə azalır. Keçən kənd təsərrüfatı ilində taxıl yığımı 14% azalaraq 125 milyon tona, buğda yığımı isə 16% azalaraq 82 milyona düşüb.

Zloçevskinin sözlərinə görə, 10 milyon ton taxıl sadəcə, anbarlarda çürüyüb. Çünki onu anbarlarda düzgün saxlamaq üçün ölkənin kifayət qədər texniki imklanları yoxdur.

“AzPolitika.info”

Избранный
12
16
azpolitika.info

10Источники