RU

''Trabzonspor'' 3-cü ukraynalını heyətinə qatır!

''Trabzonspor''da ukraynalı futbolçuların sayı artmaqdadı.

''Football-plus.az'' xəbər verir ki, mövsümün əvvəlində ''Zarya''dan Arseni Bataqovu, bu qış ''Şaxtyor''dan Daniil Sikanı heyətinə cəlb edən Türkiyə nəhəngi indi də ''Şaxtyor''un daha bir üzvü Aleksandr Zubkovu transfer etmək üzrədi. Tərəflər arasında artıq ilkin anlaşma əldə olunub. Klublar arasında isə son detallar ''Şaxtyor''un bu gün Çempionlar Liqasında Dortmund ''Borussiya''sına qarşı keçirəcəyi oyundan sonra müzakirə ediləcək.

Trabzon klubunun rəhbərliyi bu transferi həftəsonuna qədər tamamlamaq istəyir. 182 sm boya malik olan 28 yaşlı forvard ''Şaxtyor''un öz yetirməsidi. Bu komandadan başqa ''Mariupol'' və ''Ferenstvaroş''da da top qovmuş təcrübəli futbolçu bu mövsüm 16-sı start heyətində olmaqla 9 rəsmi oyunda forma geyib və 7 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. ÇL-də komandasının bu mövsüm vurduğu 7 qoldan 3-də yaxından iştirak edib (2 qol, 1 ötürmə). Ukrayna yığmasında 37 oyun keçirən və 2 qol vuran Zubkovun ''Şaxtyor''la 2027-yə qədər müqaviləsi var. Amma Sikan kimi onun da ''Trabzonspor''a 6 milyon avroya başa gələcəyi gözlənilir.

Onu da bildirək ki, Zubkov 2021/22-də ÇL-in qrupunda ''Real''a qarşı hər iki oyunda qol vurmağı bacarmışdı.

ƏLİ

Избранный
7
2
football-plus.az

10Источники