RU

İtaliyanın Baş naziri barəsində istintaq başlayıb

İtaliyanın Baş naziri Corciya Meloni və Nazirlər Kabinetindəki bir sıra şəxslər barəsində istintaq başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Baş nazirlə yanaşı, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Pyantedozi, Nazirlər Kabinetinin katibi Alfredo Mantofano barəsində istintaq aparılır. Buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi liviyalı yüksək rütbəli hərbçi Üsamə Əlməsri Njimin İtaliyada saxlanılması və sonra sərbəst buraxılmasıdır.

Meloni cinayətdə iştirak və dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə istintaqa cəlb olunduğunu deyib. “Şantaja boyun əyməcəyəm, təhdid edilməyimə imkan verməyəcəyəm. Bəlkə də buna görə İtaliyanın dəyişməsini və yaxşılaşmasını istəməyənlər məni sevmirlər”, – Baş nazir deyib.

Beynəlxalq Cinayət Məhkəməsinin insanlığa qarşı cinayətdə ittiham etdiyi Üsamə Əlməsri Njim ötən həftə Turində saxlanılıb, lakin sonra azad edilib və İtaliyaya məxsus təyyarə ilə Liviyaya göndərilib. İstintaqın bu qərardan şikayət edən vəkil Luigi Li Qotti tərəfindən başladıldığı güman edilir.

Избранный
5
10
nocomment.az

10Источники