RU

Almaniya kansleri: "Bundestaqın miqrasiya qətnaməsinə səs verməsi pis əlamətdir"

Almaniya kansleri Olaf Şolts Bundestaqın miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qərarı dəstəkləməsini "pis əlamət" adlandırıb.

Teleqraf.com xəbər verir ki, kansler "Х" sosial şəbəkə hesabında belə yazıb.

Bundestaqda qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Kansler qeyd edib ki, "Almaniya üçün alternativ" sağçı partiyasının dəstəklədiyi qətnamə ilk dəfə qəbul olunub.

Şolts deyib: "Bu gün birgə yaşadıqlarımızın mənasına varmaq üçün mənə müəyyən vaxt lazım olacaq. Bu, həm parlament, həm də ölkə üçün pis əlamətdir".


Müəllif: Teleqraf.com
Избранный
16
2
teleqraf.com

3Источники