RU

Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan

“Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünü əvvəlkindən qat-qat artıq müstəqil fəaliyyətə qadir hiss edir. 10 il əvvəl Putin bir telefon zəngi ilə Ermənistanla Azərbaycan arasında istənilən münaqişəni dayandıra bilərdi. İndi Bakının Ankara ilə sıx əlaqəsi var. Bundan əlavə, Qərbin İrana münasibəti yaxşılaşmır və Azərbaycan da bundan istifadə edərək özünü daha rahat hiss edir”.

Azreform.info xəbər verir ki, bunu politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində Rusiya Cənubi Qafqazda hegemon olmaqdan çıxdı, bundan sonra Azərbaycan Türkiyəni bölgəyə buraxdı. "Bu, Bakının imkanlar pəncərəsinin genişlənməsinə səbəb oldu", - o qeyd edib.

Moskva-Bakı münasibətlərinə toxunan İskəndəryan deyib ki, bu gün Azərbaycan Rusiya üçün Ermənistandan daha dəyərlidir.

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikri şərh edən erməni politoloq deyib ki, bu, Ermənistana təzyiqlərin davam etməsi deməkdir.

"Azərbaycanın məqsədi dəhlizi tələb etməklə yanaşı, həm də beynəlxalq vəziyyət imkan verdiyi müddətcə  Ermənistana təzyiq göstərməkdir. Azərbaycanın əsl məqsədi sülh və ya hətta dəhliz deyil, Ermənistanın mümkün qədər zəif olması və xarici siyasətinin Bakıdan asılı olmasıdır. Demək istəyir ki, Ermənistan nəyisə istəyirsə, Londona, Parisə, Moskvaya yox, onun yanına getsin ki, erməninin bəzi tələblərini təmin etmək və ya təmin etməmək üçün göstərişlər versin.

Onu da qeyd edim ki, Zəngəzur dəhlizi iqtisadi deyil, geosiyasi layihədir", - o qeyd edib.

Müharibə ehtimalına gəlincə, o bildirib ki, bu, bəyanatlardan və ya müqavilələrdən asılı deyil.

Mürtəza
Azreform.info

Избранный
4
50
azreform.info

10Источники