Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb.

Leqal.info xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək temperaturla Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 27 yaşlı Ə. Əliyev bu gün xəstəxanada ölüb.

Onda xəstəxanaya daxil olmazdan əvvəl 3 gün yüksək hərarət müşahidə olunduğu, temperatur düşmədiyi üçün xəstəxanaya müraciət edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info