Sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradıldığı iddia edilən saytın yaradılması barədə xəbərlər yayılıb. "Koronavirusinfo.az" saytının rəsmi olduğu iddia edilib.
Modern.az-ın apardığı araşdırmaya görə, sayt dələduzluqla məşğul olan şəxslər tərəfindən yaradılıb.
Belə ki, Operativ Qərargah tərəfindən yaradılan sayt "koronavirus.az"dır. Digər domen istifadəçilərin bank kartları məlumatlarını oğurlamaq üçün istifadə edilir.
Son dövrlərdə onlarla oxşar dələduzluq hallarına rast gəlinib. Rəsmi qurumlar vətəndaşlara dəfələrlə bu barədə xəbərdarlıq edib.