RU

Ermənistan müşahidə missiyasından Azərbaycan və Rusiyaya qarşı qalxan kimi istifadə etmək istəyir -ANALİZ

Avropa Birliyi (AB) ölkələrinin səfirləri AB-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin artırılmasını təsdiqləyiblər.
Bu barədə AB-dən məlumat verilib.
Qeyd olunub ki, missiya daha iki il - 2027-ci il fevralın 19-dək fəaliyyətini davam etdirəcək.
Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalaraq 165 beynəlxalq və 44 erməni əməkdaşdan ibarət olacaq.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Ermənistanın Azərbaycanla sərhədə AB “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılmışdı.

Politoloq Asif Nərimanlı "Sherg.az"a bildirib ki, AB-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətini uzatmasında hər iki tərəfin öz maraqları var:

"AB-nin əsas məqsədi Ermənistan üzərindən Cənubi Qafqazda mövcudluğunu saxlamaqdır və təsir imkanlarını müəyyən qədər də olsa qorumaqdır. Çünki indiyə qədər daha çox Gürcüstandan platforma kimi istifadə edirdi. Rəsmi Tbilisidəki son dəyişikliklərdən sonra AB buradakı təsir imkanlarını itirdi. Eyni zamanda AB-nin Rusiya ilə müəyyən qədər geosiyasi müstəvidə qarşıdurmasının da səbəblərindən biri də Cənubi Qafqazdır. Digər tərəfdən Ermənistan müşahidə missiyasından Azərbaycan və Rusiyaya qarşı qalxan kimi istifadə etmək istəyir. Həmçinin AB-də yer alan ölkələr həm də NATO ölkələridir. Məhz Ermənistan birbaşa olmasa da, dolayısı ilə NATO çətirini əldə et ək məqsədi daşıyır. Paşinyan hakimiyyətinin Qərb və Rusiya arasında gediş-gəlişinin nə qədər davam edəcəyi və hansı nəticələri verəcəyi sual altındadır. Nikol hər iki cəbhədə qiymətini artırmaq istəyir. Lakin coğrafi baxımdan Ermənistan AB-dən uzaqdır. Odur ki,  mövcud vəziyyətdə dalan ölkəyə çevrilməsi, xüsusilə Qərbə çıxışının olmaması onun xarici siyasətini çətinləşdirir. Bütün bunlarla yanaşı, Rusiya Ermənistanda yenidən təsir imkanlarını bərpa etmək üçün Paşinyan hakimiyyəti ilə daha çox işləmək xəttini tuta bilər. O cümlədən, Qərb bölgədə qalmaq üçün rəsmi İrəvanın təkrar Rusiyaya meyillənməsini istəmir. Bunun qarşılığında isə Paşinyana siyasi, iqtisadi və hərbi baxımdan dəstək vəd edir".

Politoloq qeyd edib ki, Ermənistan iqtisadiyyatı Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqından (Aİİ) asılıdır:
"Paşinyan nə qədər siyasi və hərbi müstəvidə alternativlər tapsa da, iqtisadi tabeçiliyini aradan qaldırmadığı müddətdə  digər siyasətlərini genişləndirməsi mümkün deyil. Həmçinin mövcud geosiyasi şərtlər var. Bayden administrasiyası dövründə ABŞ-nin mövqeyi fərqli idi. Trampın hakimiyyətə gəlməsindən sonra bu, dəyişdi. Ukrayna münaqişəsində hər hansı razılaşmaların əldə olunması rəsmi İrəvanı daha çətin vəziyyətə salacaq. Çünki Rusiya bu məsələyə görə Ermənistanın üzərinə o qədər də getmir. Hadisələrin inkişafında rəsmi Moskva konkret addımlar və seçim tələb edəcək. Qarşıda Ermənistanın siyasi, iqtisadi və hərbi baxımdan çətin vəziyyətə düşməsi gözləniləndir".
Избранный
15
50
sherg.az

10Источники