RU

Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq planı- Türkiyə qarşısında İsrail şərti qoyuldu…

Image

Seçkidən əvvəl Suriyadan çəkiləcəyini vəd edən ABŞ prezidenti Donald Trampın administrasiyası son vaxtlar ölkədəki sayı 2000-ə çatdırılan ABŞ hərbçilərini geri çəkməyə hazırlaşdığını açıqlayıb.

Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı ABŞ-ın Suriyadakı hadisələrə müdaxilə etməkdən çəkinəcəyini və Amerika qoşunlarını bölgədən çıxaracağını vəd etmişdi.

İsrail mediası yazır ki, Tramp vəzifəyə gəldikdən sonra bu vədi yerinə yetirmək üçün addımlar atacaq.

Qərar Ağ Evdən verilən açıqlamadan sonra İsraildə narahatlıq yaradıb. Xarici diplomatik mənbələrə görə, Amerika əsgərlərinin Suriyadan çıxarılması prosesində Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla koordinasiyalı hərəkət etdiyi vurğulanıb.

Yenə eyni mənbələrə görə, Tramp Amerika qoşunlarının çıxarılması üçün Türkiyə qarşısında İsraillə münasibətləri bərpa etməyi öhdəsinə götürməsini şərt qoyub.

Tahir TAĞIYEV





Избранный
14
4
baki-xeber.com

6Источники