İsrailli girovların qaytarılması müqabilində İsrail həbsxanalarından azad edilməli olan fələstinli məhbuslar bu gün saat 17:00-da azadlığa buraxılacaqlar...
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Məhbuslarla İş üzrə Ofis məlumat yayıb.
"Vasitəçilərlə aparılan danışıqlardan sonra məhbusların yerli vaxtla saat 17:00-da azad edilməsi qərara alınıb", - ofisin rəsmi “Telegram” kanalında dərc olunmuş məlumatda deyilir.
Daha əvvəl onların yanvarın 31-də azad ediləcəyi barədə məlumat verilmişdi.
Poliqon.info