RU

Heydər Əliyev qayğısında Azərbaycan gəncliyinin inkişafı


Heydər Əliyev həmişə gənclər siyasətinə böyük diqqət yetirmişdir. İlk olaraq 26 iyul 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) yaradılmışdır. Alınan bu qərar bir daha gənclərin hərtərəfli inkişafına və onların fəaliyyətinin səmərəli təşkil olunmasına mühüm şərait yaratmışdır.

1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumunun keçirilməsi fikri irəli sürülmüş və 1996-ci ilin yanvarın 26-da Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 1996-cı ilin 2 fevral tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərarı alınmışdır. Fevralın 2- də Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin I Forumu böyük təntənə ilə keçirilmiş və keçirilən bu forum Azərbaycanda gənclər hərəkatının geniş vüsət almasına təkan vermişdir. 1997-ci il fevralın 1-də ilk forumun ildönümü ərəfəsində bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-ni “Azərbaycanda Gənclər Günü” kimi elan edilməsi haqqında qərarını açıqlamışdır. Həmçinin Heydər Əliyev bu görüşdə gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət sahələrinin səfərbər olacağını qeyd etmişdir. 2 mart 1999-cu il tarixində Azərbaycan gənclərinin II Forumu keçirilmiş, bu forumda da Heydər Əliyev şəxsən iştirak etmişdir. 1999-cu ilin iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” imzalanan qərar Heydər Əliyevin gənclərə göstərdiyi diqqətin bariz nümunəsi idi.

Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdur. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin idmana cəlb olunmasına geniş vüsət almışdır. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək demişdir: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.

Azərbaycan artıq 1996-cı ildən Olimpiya Oyunlarında iştirak etməyə başlamışdır. 1996-cı ildə respublikamız 197 ölkə arasında 61-ci yeri tutmuşsa, 2000-ci ildə Sidneydə biz dünyanın 199 dövləti arasında artıq 34-cü yerdə idik. Heydər Əliyevin demişdir: “Heç şübhə etmirəm ki, Azərbaycan gəncləri XX əsrdə toplanılmış bütün təcrübədən səmərəli şəkildə istifadə edərək, XXI əsrdə normal müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcək”.

Sənan Hüseynov – ADNSU III kurs tələbəsi, Nyu York Elmlər Akademiyasının üzvü
Избранный
15
36
newscenter.az

10Источники