Əhməd əş-Şara Suriya prezidenti kimi xalqa etdiyi ilk çıxışında keçid hökumətinin formalaşdırılması üzərində iş aparıldığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, müraciət Suriya mediası tərəfindən yayımlanıb.
"Qadınlar və gənclər də daxil olmaqla, bütün suriyalıların maraqlarını təmsil edəcək keçid hökuməti formalaşdırmaq üçün çalışacağıq", - deyə əş-Şara bildirib.
O, həmçinin ölkənin bütün ərazilərini nəzarət altına alacağına söz verib.