RU

KTMT hərbi təlimlərə başladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) martın 17-20-də Tacikistanın Xatlon vilayətində kollektiv təlimlər keçirir. 

"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının sözçüsü Vladislav Şeqrikoviç açıqlayıb. 

Təlimlər Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukovun komandanlığı altında keçirilir.

Onun sözlərinə görə, tədbir hansısa konkret dövlətə və ya hərbi ittifaqa qarşı yönəlməyib: "Və onun əsas məqsədi kollektiv təhlükəsizlik regionlarında vəziyyətin qiymətləndirilməsində, qoşun hissələrinin formalaşdırılması və yerləşdirilməsi ilə bağlı KTMT nizamnamə orqanlarının təklif və qərar layihələrinin hazırlanmasında dövlətlərin birgə işi prosedurunu təkmilləşdirməkdir". 

Ağarza Elçinoğlu

Избранный
63
1
unikal.az

2Источники