AZ

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (FOTO)

Bakı. Trend:

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-əçatıb.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesinİnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasınınnövbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş15 müraciətə baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsininverilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri:

- "Navimax" MMC - GPS izləmə platforması,

- Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarınınsatışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi;

- “Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik vəkeşbek funksiyalı alış imkanı verən mobil tətbiq;

- “Oenva” MMC - onlayn intellektual oyun platforması;

- "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçünonlayn platforma;

- “Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizliksahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlaynplatforma;

- “E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imzailə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlaynplatforma;

- “Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobiltətbiq.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı182-yə çatıb. “Startap” şəhadətnaməsi KOB subyektlərinişəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindənəldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 ilmüddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıqsubyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edəbilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakılinkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Daha
Daha
Məqalədə:
Seçilən
58
17
az.trend.az

10Mənbələr