AZ

Daha 8 “Startap” şəhadətnaməsi verildi

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.Metbuat.az xəbər verir ki, bu barədə KOBİA-dan məlumat verilib. Bildirilib ki, iclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri aşağıdakılardır:- “Navimax” MMC - GPS izləmə platforması,- Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi;- “Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq;- “Oenva” MMC - onlayn intellektual oyun platforması;- “EcoRide” MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma;- “Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma;- “E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma;- “Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.Bununla da, “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb.“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Seçilən
64
17
metbuat.az

10Mənbələr