AZ

ABŞ hərbi bazalarında PUA müəmmaları davam edir

ABŞ dəniz piyadaları ilə yanaşı mülki təyyarələrin də istifadə etdiyi Yaponiyanın İvakuni hava limanı səmada bir neçə naməlum pilotsuz uçuş aparatının (PUA) olması xəbərindən sonra bağlanıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 19:00 radələrində Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə İvakuni hava limanının hava məkanında bir neçə pilotsuz təyyarənin peyda olması barədə məlumat daxil olub: "Bununla əlaqədar olaraq hava limanının fəaliyyəti dərhal dayandırılıb. Tokiodan uçan təyyarə Xirosimaya məcburi eniş edib. O, İvakuniyə üç saat gec gəlib".

Hava limanı bir saat sonra fəaliyyətini bərpa edib. Hazırda hüquq-mühafizə orqanları dronların həqiqətən də ərazidə uçuşlar edib-etməməsini araşdırır.

Qeyd edək ki, son on gün ərzində ABŞ-də PUA qalmaqalları və ya naməlum uçan obyektlərlə bağlı müəmmalı hadisələr yaşanır. PUA-lar əsasən hərbi obyektlərin üzərində peyda olurlar.

Tural

Seçilən
64
10
news365.az

10Mənbələr