AZ

ABŞ-a məxsus PUA Rusiya sərhədində

ABŞ istehsalı olan “Global Hawk” kəşfiyyat pilotsuz uçuş aparatı Leninqrad və Pskov vilayətləri yaxınlığında görüntülənib.

Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Portalın məlumatına görə, FORTE12 kimi tanınan Amerika PUA-sı Estoniya ərazisi üzərində Kanepi kəndindən (Pskov vilayətinə 50 km) Kiviõli şəhərinə (Leninqrad vilayətinə 54 km) qədər dövrə vurub. Onun marşrutu Rusiya sərhədi boyunca 151 km uzanıb.

Ehtimal olunur ki, PUA Ukrayna Silahlı Qüvvələri üçün məlumat toplayır. Məlumdur ki, “Hawk” iki gün əvvəl NATO-nun İtaliyanın Siciliyasındakı Sigonella Hərbi Hava Stansiyasından havaya qalxıb, sonra Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Polşa, Litva, Latviya üzərindən keçib və Estoniyada qalıb.

Seçilən
44
10
publika.az

10Mənbələr